Ramin Məmmədov vurğulayıb ki, qloballaşma və informasiya axınının sürətlə artdığı bir dövrdə cəmiyyətin mənəvi dayaqlarının möhkəmləndirilməsi aktuallıq kəsb edir. Bu baxımdan din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Onların maarifləndirici fəaliyyəti dini biliklərin cəmiyyətə düzgün, balanslı və aydın şəkildə çatdırılması ilə yanaşı, milli kimliyin, mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etməlidir.
Sağlam dini mühitin qorunmasının dövlətçiliyimizin möhkəmləndirilməsinin vacib amillərindən biri olduğunu qeyd edən Dövlət Komitəsinin sədri gənclərlə işin gücləndirilməsinin zəruri olduğunu vurğulayıb. Keçirilən görüşlərin bölgələrdə dini fəaliyyətin yerində qiymətləndirilməsi, din xadimləri ilə birbaşa ünsiyyətin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Din xadimləri çıxışlarında dini sahəyə göstərilən diqqət və qayğının cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək, ölkədə dini azadlıqların təmin olunması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək dəyərləndirdiklərini vurğulayıblar.







Vaxtında, Aydın, Lazımlı!


